Hüquq müdafiəçisi İntiqam Əliyev həbs edildi

Bu gün daha bir hüquq müdafiəçisi həbs edildi. Səhər saatlarında  Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İnqiqam Əliyev saxlanılaraq Baş Prokurorluqda dindirilib. Daha sonra ofisində axtarış aparılıb. Ofisə axtarış üçün gətirilərkən İntiqam Əliyev jurnalistlərə  «təqsirləndirlən şəxs» qismində ittiham elan olunduğunu bildirib:  «Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar…

Ətraflı

Leyla Yunus həbs edilib

30 iyulda hüquq müdafiəçisi Leyla Yunus evinin qraşısından iki mülki geyimli şəxslərin təzyiqi ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə gətirilib. Səhər saatlarından başlayıb, iş günü bitənə qədər davam edən dindirmədən sonra o, Nəsimi rayon Məhkəməsinə gətirilib. Məhkəmənin qərarı ilə L.Yunusa qarşı 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi…

Ətraflı

Hüquq müdafiəçisi 6 il azadlıqdan məhrum edilib

Gəncə şəhər Nizami rayon Məhkəməsində “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsi davam etdirilib. Prosesdə Həsən Hüseynli son sözlə çıxış edib və məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Daha sonra Həsən Hüseynoiyə hökm oxunub. Hökmə əsasən, H. Hüseynliyə  5 il 11 ay 28 gün həbs cəzası verilib və məhkəmə zalında həbs edilib. 

Ətraflı

Anar Məmmədli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət…

Ətraflı

Jurnalist Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəmə prosesi yekunlaşıb. Prosesdə məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı

NİDA hərəkatı fəallarına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı fəallarına hökm oxunub. Məhkəmənin hökmü ilə  təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8,  Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və…

Ətraflı

Hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunus hava limanında saxlanılıb

29 Aprel 2014 00:20 Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb. Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar.  Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir. Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil…

Ətraflı

Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayılıb

Prokurorluq “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı…

Ətraflı

Başlıbel faciəsinin törədilməsindən 21 il ötür

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı hadisələrindən daha biri ilə bağlı anım tədbiri keçirilib. Bir qrup jurnalistin təşkilatçılığı ilə keçirilən Başlıbel faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan anım tədbirində Kəlbəcər rayonundan olan ziyalılar, Başlıbel faciəsi qurbanları və onların yaxınları, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Ətraflı

«NİDA»çılara cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə “NIDA” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Dünən keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı məhkəmədən  Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun…

Ətraflı