Bir deputat mandatı 1 milyona satılırmış

elshad ve gulerİnternetdə millət vəkili Gülər Əhmədova ilə hazırda Fransada yaşayan Elşad Abdullayevin arasında gedən söhbətin gizli görüntüsü olduğu ehtimal edilən video yayılıb.  Elşad Abdullayevin adından “Azadlıq” qəzetinə göndərilən və artıq Youtube`a yerləşdirilən videoda tərəflər deputat seçilmək üçün rüşvətin məbləğini müzakirə edirlər. Universitet rektoru, kitabxana direktoru və deputat Milli Məclisə bir yerin qiyməti barədə alver edirlər. Videoda iillət vəkili  Gülər Əhmədova və fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev arasında parlament mandatı alveri edir. Millət vəkili Gülər Əhmədova Elşad Abdullayevdan deputat seçilməsi üçün təklif etdiyi 500 min dollarla razılaşmır, 1 milyon tələb edir. Deputat mandatının satılması barədə video material ölkənin bütün ictimai-siyasi arenasında müzakirəyə çevrilib.

Video

http://www.youtube.com/watch?feature=player_embedded&v=V04el-Kr7Wc