Bərdədə özünüməşğulluq və sahibkarlıqla bağlı təlim keçiriləcək

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra edilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu Konsaltinq” MMC “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsünü həyata keçirir. Təşəbbüs həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək göstərilməsini nəzərdə tutur. Təşəbbüs çərçivəsində həssas qrupdan olan region sakinlərinin məşğulluğuna dəstək məqsədi ilə Bərdə rayonunda işsiz və işaxtaran şəxslər üçün 3 günlük təlim təşkil olunacaq. Təlimdə iştirakçılara özünüməşğulluq proqramına müraciət, biznesə başlamaq üçün sahibkarlıq subyekti kimi onlayn qeydiyyat, kredit alınması üçün onlayn müraciət, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, işğaldan azad olunan rayonlarımızda sahibkarlıq fəaliyyəti üçün mövcud imkanlar, bizness-plan hazırlanması, kiçik biznesin təşkili və inkişaf etdirilməsi yolları öyrədiləcək. Təlim zamanı iştirakçılar kreativ ideyalarının reallaşdırılması üçün layihələrin yazılması və maliyyə tapılması imkanları ilə bağlı bilgiləndiriləcək, nəzərə bilikləri təkmilləşdirmək üçün praktiki tapşırıqlar icra edəcəklər.

Biznes-plan hazırlamaq və  özünüməşğulluq proqramına müraciət etmək istəyən iştirakçılara nəticə əldə olunanadək konsultasiya xidmətinin göstərilməsi nəzərdə tutulur.

4, 5 və 6 iyun tarixlərində Bərdə rayonunda keçiriləcək təlimdə Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax  rayonlarından olan aztəminatlı şəxslər iştirak edə bilər. Yerlər məhdud olduğundan ilkin olaraq müraciət edən və təlimin hər 3 günündə iştirak etmək imkanı olan şəxslərlə əlaqə saxlanılacaq.

Təlimə qatılmaq üçün aşağıdakı vasitələrin biri ilə müraciət edə bilərsiniz.

E-mail: huqugiyardim@gmail.com

Facebook: https://www.facebook.com/huquqi.yardim.376/

İnstagram: huquqiyardim_pulsuz

WhatsApp: 0702902299, 0506218755

Müraciət üçün son tarix: 20 may 2024-cü il