Regional İnsan Hüquqları və Media Mərkəzi ödənişsiz dərzilik kursları təşkil edir

Regional İnsan Hüquqları və Media Mərkəzi Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki dəstəyi ilə Bərdə rayonunda Qarabağ müharibəsindən zərər çəkən qaçqın, məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş, erməni əsir və girovluğundan azad edilmiş şəxslərin ailələrindən olan şəxslər üçün ödənişsiz dərzilik kursları təşkil edir. Kurslar hər biri…

Ətraflı

Şura 2012-ci il üzrə QHT-lərin maliyyələşdirilməsi məsələlərini müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularını bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda müzakirə etdi. Konfransı açan Şura sədri Azay Quliyev növbəti ildə də maliyyələşdiriləcək mövzuların prioritet istiqamətlərinin qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit olunduğunu bildirdi.

Ətraflı

Həbsdən azad olunan jurnalistin yaratdığı ictimai birlik qeydiyyata alındı

Noyabrın 1-də  “İnsan Haqları Uğrunda” İctimai Birliyi rəsmi olaraq qeydiyyata alınıb. “Mediaforum” xəbər saytında verilən xəbərə görə, birliyin sədri, keçmiş siyasi məhbus, fəaliyyətlərini dayandırmış  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin  baş redaktoru, jurnalist  Eynulla Fətullayev qurumun qeydə alınması üçün Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunduğunu, bu gün isə  nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin…

Ətraflı

Məcburi köçkünlərin probleminə QHT-lərin dəstəyi artır

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və məcburi köçkünlərin problemlərinin həllinə yardım edilməsi Qeyri-Hökumət  Təşkilatlarının da önəm verdiyi məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından sonra bu iş daha planlı şəkildə aparılır.

Ətraflı