
28 il 5 ay 2 gündən sonra BAŞLIBELDƏ… – VİDEO
Ötən 28 ildə dəfələrlə getmişdim… Bəlkə də hər gün.. Bəlkə də gündə bir neçə dəfə… Yaddan çıxacağından qorxurdum, uşaq vaxtı gəzdiyim, yıxıldığım, yaddaşımdan çıxmasından qorxduğum qayğısız uşaqlıq illərinin xatirələrinin olduğu doğma yerlərimin. Hər il Novruz bayramında yandırmaq üçün martın əvvəlində Zəyin düzünə ardıc, gəvən toplamağa, apreldə Barmaqlardan çaşır yığmağa, mayda Keçiqalandan almaçiçəyi, gülgəz, maralotu yığmağa,…