Başlıbel faciəsinin törədilməsindən 21 il ötür
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı hadisələrindən daha biri ilə bağlı anım tədbiri keçirilib. Bir qrup jurnalistin təşkilatçılığı ilə keçirilən Başlıbel faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan anım tədbirində Kəlbəcər rayonundan olan ziyalılar, Başlıbel faciəsi qurbanları və onların yaxınları, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.