Vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı
Avqustun 24-də Vəkillər Kollegiyasının İntizam Komissiyasının rəyi əsasında 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı CM-nin 189-1.1-ci maddəsi ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayır. Məhkəmənin hazırlıq iclası sentyabrın 2-i saat 11.00-a təyin edilib. Bu haqda məlumatı RATİ-yə H.Mehdiyevin özü bildirib.
Bu gün “İctimai Palata” adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə hökm oxunub. Səbail rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilənlər – Sahib Kərimov və Elşən Həsənov 2 il, Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Zülfüqar Eyvazov və Babək Həsənov…