Avropa İttifaqı və Azərbaycan işçi qrupu danışıqlara başlayıb
“Son iki gündə Bakıda Azərbaycan hökuməti və Avropa İttifaqının nümayəndələri arasında ikitərəfli işçi qrupun (Subcommittee) iclası çərçivəsində danışıqlar keçirilib. Danışıqlarda qanunun aliliyi, insan hüquq və azadlıqları, demokratiya, təhlükəsizlik məsələləri müzakirə olunub. Bu, son iki il yarım ərzində ilk iclas idi”. Bu barədə jurnalistlərlə söhbətində Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı üzrə şöbə müdiri Dirk Şubel bildirib. “Biz…