Biləsuvarda qazilər həyətyanı torpaq sahəsi verilməməsindən narazıdır
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Biləsuvar rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın rəhbəri Xalid Kazımovun sözlərinə görə, Biləsuvar rayonuna səfər “Müharibədən zərər çəkən və digər aztəminatlı şəxslərə hüquqi dəstək”layihəsi çərçivəsində həyata keçirilib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin məqsədi…