«Regional İnsan Hüquqları və Media Mərkəzi» Ictimai Birliyi (RIHMM) 02 sentyabr 2008-ci ildə təsis edilib. 30 oktyabr 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb RIHMM-in fəaliyyəti Azərbaycanın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir və Yevlax rayonlarının ərazisini əhatə edir. Ictimai Birliyin fəaliyyətinin əsas məqsədi regionlarda insan hüquqlarını müdafiə etmək və medianin inkişafına dəstək verməkdən ibarətdir. Təşkilatın icra etdiyi layihələr.
1. Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna maliyyə dəstəyi ilə «Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili» layihəsi həyata keçirilib. Layihə çərçivəsində (01.01.2010- 30.04.2010) Gəncə, Mingəçevir, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrların mövcüd vəziyyəti araşdırılıb, nəticələr ictimai müzakirəyə çıxarılarıq, regionlarda teatr sənətinin inkişafı üçün təkliflər hazırlanıb.
2. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibədən zərər çəkən ailələrdən olan şəxslər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi icra edilib. 01.07.2010- 29.12.2010 tarixində icra edilən layihə çərçivəsində 121 nəfər gənc ödənişsiz olaraq kompyuter bilikləriə yiyələnib.
3. Təşkilat Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsini (01.01.2012-30.09.2012) icra edib. Layihə çərçivəsində 60 nəfər gəncə dərzilik peşəsi öyrədilib.
4. Təşkilat Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi” layihəsini (02.07.2012-30.10.2012) icra edir. Layihə çərçivəsində Ağdam və Goranboy rayonlarından olan 40 nəfər fəal gəncə vətəndaş jurnalistikası ilə bağlı təlim keçirilib.
5. Regional İnsan Hüquqları və Media Mərkəzi Reportiyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) ilə birgə «Yeni medianın inkişafı və regional əlaqələr» layihəsini (01.11.2011-30.10.2012) icra edib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən bu layihə çərçivəsində RİHMM üzərinə düşən bütün işləri peşəkər səviyyədə yerinə yetirib.
6. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsini (04.04.2013-04.09.2013) icra edib. Layihə çərçivəsində «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı çap edilib.
7. Regional İnsan Hüquqları və Media Mərkəzi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə «Məcburi köçkünlərin təhsil aldığı Kəlbəcər rayon 18 saylı orta məktəbin sanitar qovşağının tikilməsi» (01.07.2013 -30.09.2013» layihəsini icra edib.
8. Regional İnsan Hüquqları və Media Mərkəzi hazırda Conciliation Resources təşkilatının maliyyə dəstəyi ilə «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsini icra edib. (01.11.2013 -30.01.2014).
9. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsini (05.06.2014 – 05.10.2014) icra edib. Layihə çərçiəsində cosial şəbəkələrdə aktiv olan, sosial media və vətəndaş jurnalistikasına marağı olan Bərdə, Ağdam, Tərtər və Naftalandan olan gənclər üçün vətəndaş jurnalistikası ilə bağlı seminar keçirilib.