
Müharibə iştirakçıları üçün pulsuz hüquqi konsultasiya xidmətləri göstəriləcək
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsini nəzərdə tutan yeni layihənin icrasına başlayır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edəcək….