
Ağcabədidə müharibə iştirakçılarına hüquq xidməti göstərilib – FOTOLAR
Regional İnsan Hüquqları və Media Mərkəzi Ağcabədi rayonunda 25 nəfər müharibə iştirakçısına hüquqi konsultasiya xidməti…
Regional İnsan Hüquqları və Media Mərkəzi Ağcabədi rayonunda 25 nəfər müharibə iştirakçısına hüquqi konsultasiya xidməti göstərib. Xidmət təşkilatın “Konstitusiya və Suverenlik İli”ndə icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Bu məqsədlə Ağcabədi Gənclər Mərkəzinin akt zalında təşkil olunan tədbirə Ağcabədi rayonundan olan 25 nəfər müharibədən zərər çəkən şəxs qatılıb. Tədbiri…
Goranboy rayonunda müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib. Xidmət “Konstitusiya və Suverenlik İli”ndə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Bu məqsədlə Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının akt zalında təşkil olunan tədbirə Goranboy rayonundan olan 20 nəfər müharibə iştirakçısı qatılıb. Həyata…
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsini nəzərdə tutan yeni layihənin icrasına başlayır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edəcək….
Bu gün – 10 dekabr 2024-cü ildə dünyanın ən əsaslı qlobal öhdəliklərindən birinin – İnsan Hüquqları üzrə Ümumdünya Bəyannamənin (UDHR) 76-cı ildönümü qeyd edilir. Bu əlamətdar sənəd irqindən, rəngindən, dinindən, cinsindən, dilindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, doğumundan və ya digər vəziyyətindən asılı olmayaraq hər kəsin bir insan kimi…
19-21 noyabr 2024-cü il tarixlərində Avstriyanın paytaxtı Vyanada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun birinci sammiti keçirilib. ŞT CSF Vətəndaş Cəmiyyəti Sammitində Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarusdan olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və Avropa İttifaqından olan 250-dən çox nümayəndə iştirak edib. 3 gündür davam edən toplantıda Şərq Tərəfdaşlığı çoxtərəfli əməkdaşlığının gələcəyini və burada vətəndaş…
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi 4 ay ərzində 233 nəfərə hüquqi konsultasiya xidməti göstərib. Bu barədə məlumat verən təşkilatın sədri Xalid Kazımov bildirib ki, həmin şəxslərdən 7 nəfərinin hüquqları məhkəmədə müdafiə olunub. Bu fəaliyyət “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində icra olunub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə…
Quba rayonunda aztəminatlı şəxslərə hüquqi konsultasiya xidməti göstərilib. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi Natiq Lahicov, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Əhməd Nurullayev və Quba Regional…
Şamaxı rayonunda hüquqi konsultasiya xidmətinə ehtiyacı olan aztəminatlı şəxslərlə görüş keçirilib. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirə Şamaxı rayonundan olan 20 nəfər qatılıb. Tədbirdə çıxış edən layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. QHT sədri bildirib…
Göyçay rayonunda aztəminatlı şəxslərə hüquqi konsultasiya xidməti göstərilib. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirə Göyçay rayonundan olan 20 nəfər müharibədən zərər çəkən şəxs qatılıb. Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə…
Region sakinlərinə hüquqi konsultasiya xidmətinin göstərilməsini nəzərdə tutan daha bir fəaliyyət tamamlanıb. 10 ay müddətində həyata keçirilən fəaliyyət zamanı Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında aztəminatlı şəxslərlə görüş keçirilərək onlara hüquqi konsultasiya xidməti göstərilib. Bundan əlavə, bütün ölkə ərazisindən onlayn müraciət edən aztəminatlı şəxslər “qaynar xətt” xidməti, “Facebook”, “Instagram” və “WhatsApp” vasitəsilə də…