Bərdənin ucqar kənd yolları asfaltlanır

Yarım əsrdən çoxdur təmir olunmayan yollardakı tikinti işləri dövlət başçısının kənd yollarınnı bərpası üçün ayırdığı vəsait hesabına aparılır.  Məlumata görə, Alpoud-Mustafaağalı-Qaratəpə-Nazırlı yolunun ümumi uzunluğu 22 kilometrdir. Artıq yolun birinci asfalt qatı çəkilib, ikinci isə tamamlanmaq üzrədir. Yolun vaxtında təhvil verilməsi üçün tikintiyə xeyli sayda ağır texnika və 200 nəfərədək işçi qüvvəsi cəlb olunub. Asfalt çəklişi ilə paralel, yolda əkin sahələrinin suvarılması üçün suötürücü keçidlər və xırda körpülər də tikilib. Yolun hər iki tərəfində isə 2,5 metr enində ehtiyat zolaq yaradılır.
Qeyd edək ki, növbəti illərdə rayonun ümumi uzunluğu 319 kilometr olan digər kənd yollarında bərpa işləri aparılacaq.