“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxlanması barədə məlumat yayılıb. Qəzetin baş redaktorunun birinci müavini Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, onlara Ə. Zeynallının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. APA-nın məlumatına görə, Ə. Zeynallı barəsində olan şikayətlə bağlı bu gün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunub və ifadəsi alınıb. Onun millət vəkili Gülər Əhmədovanın iddiası ilə bağlı dindirildiyi bildirilir. G. Əhmədova iddiasında bildirib ki, Ə. Zeynallı ondan hədə yolu ilə pul tələb edib. Qeyd edək ki, “Xural” qəzetinin adı Mətbuat Şurasının “qara siyahısı”na salınıb.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi