Regional İnsan Hüquqları və Media Mərkəzi birinci oldu

Regional İnsan Hüquqları və Media Mərkəzi  2017-ci ildə “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyasının qalibi oldu.  Belə ki, bu gün  2017-ci ildə İKT və elektron hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə…

Ətraflı

Elektron xidmətlərin təbliği ilə bağlı iki veriliş və sosial çarx hazırlanıb

Elektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün maarifləndirmə işləri davam etdirilir. Məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir. Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımovun sözlərinə görə, artıq elektron xidmətlərin təbliği ilə bağlı iki veriliş və sosial çarx hazırlanıb. Televiziya verilişləri və…

Ətraflı

RİHMM Ağcabədidə məlumatlandırma sessiyası keçirilib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Ağcabədi rayonunda keçirilib. Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib….

Ətraflı

RİHMM Tərtərdə məlumatlandırma sessiyası keçirib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tərtər rayonunda məlumatlandırma sessiyası keçirib. “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, Təşəbbüsün Azərbaycanda  tətbiqinin cəmiyyət üçün əhəmiyyəti, AHT təşəbbüsünün alətlərindən olan elektron xidmətlərlə…

Ətraflı

Ağdaşda elektron xidmətlərlə bağlı tədbir keçirildi

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbir Ağdaş rayonunda keçirilib. Ağdaş rayon Dövlət Humanitar Kollecində keçirilən tədbirdə 161 nəfər müəllim və tələbə iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev idarəetmədə günün tələbi olan elektronlaşmanın rolu və önəmindən bəhs edib. Ağdaş rayon İcra Hakimiyyətinin…

Ətraflı

Yevlax sakinləri elektron xidmətlərlə bağlı bilgiləndirilib

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbir Yevlax şəhərində keçirilib. Yevlax şəhərində keçirilən məlumatlandırma sessiyasında  olan 39 rayon sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd elektron xidmətlərlə bağlı rayon sakinlərinin məlumatlılığının artırılmasıdır: “Respublikamızda dövlət və ictimai…

Ətraflı

Göygöldə elektron xidmətlərlə bağlı məlumatlandırma sessiyası keçirilib

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi məqsədi ilə Göygöl rayonunda məlumatlandırma sessiyası keçirilib. Göygöl rayon Gənclər Mərkəzində  təşkil olunan məlumatlandırma sessiyasında 34 nəfər iştirak edirdi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi, Göygöl rayonundakı təhsil, səhiyyə müəssisələrində çalışan işçilər və gənclər iştirak edirdi. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin…

Ətraflı

Ağdamda elektron xidmətlərlə bağlı məlumatlandırma aparılıb

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir. Proqram çərçivəsində Ağdam rayonunda, Ağdam…

Ətraflı

Bərdə sakinləri elektron xidmətlərlə bağlı bilgiləndirilib

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbir Bərdədə keçirilib. Tədbirdə Bərdə rayonundan olan 34 sakin iştirak edib. Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov elektron xidmətlərlə bağlı əhalinin məlumatlılığının artırılmasının əhəmiyyəti barədə danışıb. Tədbirdə çıxış edən Regional İnsan Hüquqları və…

Ətraflı

Mingəçevirdə elektron xidmətlərlə bağlı tədbir keçirildi

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir. Proqram çərçivəsində Mingəçevir şəhərində dövlət…

Ətraflı