Regional İnsan Hüquqları və Media Mərkəzi Vətəndaş Cəmiyyəti Sammitində təmsil olunub

19-21 noyabr 2024-cü il tarixlərində Avstriyanın paytaxtı Vyanada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun birinci sammiti keçirilib. ŞT CSF Vətəndaş Cəmiyyəti Sammitində Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarusdan olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və Avropa İttifaqından olan 250-dən çox nümayəndə iştirak edib.

3 gündür davam edən toplantıda Şərq Tərəfdaşlığı çoxtərəfli əməkdaşlığının gələcəyini və burada vətəndaş cəmiyyətinin rolunu müzakirə edilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi də Azərbaycan Milli Platformasının tərkibində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun birinci sammitində təmsil olunub.