Tərtərdə gənclər üçün yeni mərkəz inşa edilir. Gün.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbər görə, Tərtər rayonunda Gənclərin Asudə Vaxt Mərkəzinin inşası aparılır. Tikinti şirkəti rəsmisinin verdiyi məlumata görə, iki mərtəbədən, 24 otaqdan ibarət olacaq mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər bir şərait nəzərdə tutulub. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına inşa edilən Gənclərin Asudə Vaxt Mərkəzi Tərtər-Bərdə yolunun sağ istiqamətində tikilir. Mərkəzin ümumi ərazisi üç min kvadratmetrdir. Bunun da 600 kvadratmetrində əsas və yardımçı binaların inşası işləri aparılır. Mərkəzin sentyabr ayına kimi təhvil verilməsi planlaşdırılır.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi