Diffamasiya haqqında qanunla bağlı bu gün mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Media Hüquqları İnistutunun rəhbəri Rəşid Hacılı bildirib ki, Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsi daha mükəmməldir: “Bizim təşkilat, Mətbuat Şurası və digər bir təşkilat Diffamasiya haqqında qanun layihəsi hazırlayıb. Lakin onlardan ən mükəmməli Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsidir. Həmin qanun layihəsi bir çox beynəlxalq ekspertlərlə birgə hazırlanıb”. R. Hacılı qanun qəbul olunmasının mühüm olduğunu deyib: “Diffamasiya haqqında qanuna əsasən, böhtan və təhqirə görə həbs cəzasının verilməsi qanunsuz hesab olunacaq. Ən azı jurnalistlər yazdıqları yazıya görə narahat olmayacaqlar ki, həbs edilə bilərlər”.
R. Hacılı qanunun qəbul olunması üçün kütləvi informasiya vasitələrinin dəstək verməsini xahiş edib: “Bütün redaktorlardan və jurnalistlərdən xahiş edirik ki, bu kompaniyaya qoşulsunlar. Çünki qanunun qəbul olunması jurnalistlərin xeyrinə olacaq”.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi