Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın məhkəməsi yekunlaşıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jurnalistə hökm oxunub. Məhkəmənin hökmü ilə Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib. Eyni zamanda, İsmayılova həbs olunarkən ona qarşı irəli sürülən 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə üzrə bəraət alıb. Bir müddət əvvəl prokuror məhkəmədən İsmayılovanı 9 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi