Bərdə rayonu qalib oldu

 Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafından çox danışılır. Hökumət rayonlardakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına nail olmaq məqsədilə bir sıra proqramlar qəbul edib. Bu proqramlar həm də sahibkarlığa şərait yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin daha da yüksəldilməsi, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına yönəlib. 2004-cü ildən başlayaraq büdcədən regionların inkişafına, rayonların dirçəldilməsinə milyonlarla manat vəsait ayrılır. Bəs bunun müqabilində rayonlardakı inkişafı necə qiymətləndirmək olar? Xərclənən vəsaitlər öz nəticəsini verirmi? Hansı rayonda daha yaxşı inkişaf müşahidə olunur? Yəqin ki, tez-tez rayonlarda olan, oradakı vəziyyəti görən, eyni zamanda regionların daimi sakinlərinin bu suallara öz cavabları var.  Modern.az saytı bu sualların cavablandırılması məqsədilə sorğu keçirir. Bu sorğumuzda hər həftə adları əlifba sırası ilə gələn bir qrup rayon və şəhəri oxucularımıza təqdim edib soruşuruq: “Hansı rayon daha yaxşı inkişaf edir?”. İkinci “10-luq”da yer alan rayon və şəhərlərin sorğusu yekunlaşıb. Respondentlərin fikrincə, təqdim etdiyimiz bu “10-luq”da Bərdə daha inkişaf etmiş sayılır.

Sorğunun nəticələri səs faizi ilə aşağıdakı kimidir:
1. Bərdə – 26%
2. Biləsuvar –  4%
3. Binəqədi (Bakı) –  8%
4. Daşkəsən – 4%
5. Dəvəçi –  3%
6. Xəzər (Bakı) – 19%
7. Gədəbəy – 3%
8. Gəncə – 25%
9. Goranboy – 5%
10. Göyçay – 3%