Məcburi Köçkünlərlə İş Şəbəkəsinin 2-ci ümumi toplantısı keçirilib
Azərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 2-ci ümumi toplantısı keçirilib. İki gün davam edən toplantıda Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılıb.