Regional İnsan Hüquqları və Media Mərkəzi daha bir layihəni uğurla yekunlaşdırıb
Regional İnsan Hüquqları və Media Mərkəzi ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün daha bir addım atıb. Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsini başa çatdırıb. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı nəşr etdirilib.