Regional İnsan Hüquqları və Media Mərkəzi ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün daha bir addım atıb. Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsini başa çatdırıb. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı nəşr etdirilib. Kitabda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Kitab Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycandakı xarici ölkə səfirlikləri, Beynəlxalq təşkilatlara və ölkə kitabxanalarına çatdırılıb.
Yekun hesabat əlavə olunub.