Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli həbs edilib

Perviz HeshimliDünən axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzin sədri Pərviz Həşimli saxlanılıb. Jurnalist və hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib. Bu səbəbdən məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş yerində axtarış aparılıb. O, qanunsuz odlu silah və narkotik saxlamaqda şübhəli bilinir.

Qeyd edək ki, Pərviz Həşimlinin evində axtarış aparılarkən ailə üzvlərinə qarşı təzyiqlər edilib. Hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşının çəkiliş aparmasına mane olublar. Çəkiliş aparmaq istəyən jurnalistin əlindən kamera alınıb. Hadisə yerində olan hüquq müdafiəçiləri – Emin Hüseynov, Rəsul Cəfərov və Xalid Kazımova qarşı özlərini təqdim etməyən mülki geyimli şəxslər tərəfindən təzyiqlər edilib. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.
Onu da bildirək ki, Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, “Moderator.az” saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir.

17:00

Bu gün günün ikinci yarısı Pərviz Həşimli Səbail rayon məhkəməsinə gətirilib. P.Həşimlinin vəkili Elçin Sadıqovun sözlərinə görə, məhkəmədə P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Video

http://www.youtube.com/watch?v=JcXAVipvVTo

http://www.azadliq.org/content/article/25110376.html