Azərbaycanda dövlət qeydiyyatından keçən KİV-in sayı açıqlanıb
Ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışında deyib. Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib.