Göygöldə elektron xidmətlərlə bağlı məlumatlandırma sessiyası keçirilib
Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi məqsədi ilə Göygöl rayonunda məlumatlandırma sessiyası keçirilib. Göygöl rayon Gənclər Mərkəzində təşkil olunan məlumatlandırma sessiyasında 34 nəfər iştirak edirdi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi, Göygöl rayonundakı təhsil, səhiyyə müəssisələrində çalışan işçilər və gənclər iştirak edirdi. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin…