Hüquq müdafiəçisi 6 il azadlıqdan məhrum edilib

040100074009Gəncə şəhər Nizami rayon Məhkəməsində “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsi davam etdirilib. Prosesdə Həsən Hüseynli son sözlə çıxış edib və məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Daha sonra Həsən Hüseynoiyə hökm oxunub. Hökmə əsasən, H. Hüseynliyə  5 il 11 ay 28 gün həbs cəzası verilib və məhkəmə zalında həbs edilib. ABŞ-ın Azərbaycandakı səfirliyi isə məsələ ilə bağlı yaydığı məlumatda bildirir ki, Azərbaycanda mülki cəmiyyətə təsir göstərən daha bir hadisə baş verib: «Gəncədə böyük hörmət göstərilən QHT lideri Həsən Hüseynliyə 6 il həbs kəsilib. Ona qarşı xuliqanlıq ittihamları son dərəcə şübhəli görünür. Bakıdakı ABŞ səfirliyi tələbə mübadiləsi və ingilis dili təlimləri sahəsində Hüseynli ilə yaxından işləyib. Onun mülayim xasiyyətini və vətəndaş cəmiyyətinin iştirakı və maarifləndirmənin təbliği sahəsində gördüyü işi nəzərə alaraq, Hüseynlinin, istintaqın dediyi kimi, yerli sakinə qarşı bıçaqdan istifadə etdiyinə inanmaq praktik olaraq mümkün deyil. Hüseynli Azərbaycanda uzun müddətə həbsə atılan vətəndaş cəmiyyəti fəalları sırasındadır».
«Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini istəyir. Biz güclü şəkildə inanırıq ki, fundamental azadlıqların təminatı Azərbaycanın uzun müddətli sabitliyi və çiçəklənməsini təmin edəcək. Biz bu məqsədlərə çatılması üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalırıq», ABŞ səfirliyi bildirir.
Qeyd edək ki, Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

VİDEO

http://www.azadliq.org/media/video/25456438.html