Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 8-ci illik toplantısı

CSF28 -29 noyabr tarixlərində Belçikanın paytaxtı Brüseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 8-ci illik  (EaP CSF2016) Forumu keçirilib. Toplantıda Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti fəalları da iştirak ediblər. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 8-ci illik toplantısı “Ortaq Təhlükəsiz və Demokratik Gələcək Qurmaq” şüarı altında keçirilib. Toplantıda Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrini, o cümlədən vətəndaş cəmiyyətinin durumunu, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, gənclərin inkişafı və təhsil proqramları da daxil olmaqla bir çox sahəni əhatə edən geniş müzakirələr aparılıb. Bundan başqa, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində reallaşdırılmış müəyyən layihələrin nəticələrinin təqdimatı olub, növbəti il üçün ölkə və qrup koordinatorlarının seçkiləri baş tutub.