Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞT CSF) 9-cu illik toplantısına ərizə qəbulu başlayıb. Toplantı 23 oktyabr 2017-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunacaq. Toplantıda iştirak etmək üçün tələb olunan ərizə formasını doldurmaq zəruridir.
Qeyd edək ki, hər il tədbirdə Şərq Tərəfdaşlığı regionundan olan 200-dən çox Qeyri-Hökumət Təşkilatı və Avropa İttifaqı nümayəndələri, eləcə də digər maraqlı tərəflər iştirak edir.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 8-ci illik toplantısı ötən il 28 -29 noyabr tarixlərində Belçikanın paytaxtı Brüseldə keçirilib.