RİHMM-nin “Açıq hökumət”lə bağlı hazırladığı veriliş nümayiş olunub

Verilish 1-3Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün region sakinlərinin bu sahədə məlumatlandırılması, xidmətlərə çıxış imkanı olmayanlara texniki dəstək göstərilməsini nəzərdə tutulur. Həmçinin, Tərtər və Ağcabədi rayonlarının hər birində 25 nəfərin iştirakı ilə məlumatlandırma sessiyası keçiriləcək. İştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, Təşəbbüsün Azərbaycanda  tətbiqinin cəmiyyət üçün əhəmiyyəti, AHT təşəbbüsünün alətlərindən olan elektron xidmətlərlə bağlı məlumat veriləcək. Tədbir iştirakçılarına dövlət və ictimai xidmət göstərən qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı həm də təcrübi bilgi veriləcək.

Eyni zamanda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünü dəstəkləyən ölkələr üçün önəmli olan meyarların müzakirə olunduğu hər biri 30 dəqiqəlik 4 televiziya verilişinin hazırlanaraq yayımlanması nəzərdə tutulurdu. Həmin verilişlərdən artıq birincisi “Qarabağ” İnternet televiziyasının studiyasında çəkilərək yayımlanıb. Verilişdə ekspert Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev olub. Verilişin aparıcısı isə «Regional İnsan Hüquqları və Media Mərkəzi» İB-nin sədri Xalid Kazımovdur.

Verilişə aşağıdakı linkə daxil olmaqla baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=y2K0OzIrWY8&feature=youtu.be