Avropa Parlamentində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlara dair müzakirələr keçiriləcək. Avropa parlamentinin saytında verilən məlumata görə, yanvarın 22-də Beynəlxalq Ticarət komitəsində “Azərbaycanla İttifaqı arasında hərtərəfli saziş üzrə danışıqlarla bağlı Avropa İttifaqına, Avropa İttifaqı Şurasına və Avropa Komissiyasına tövsiyələr” adlı hesabatla bağlı dəyişikliklər müzakirə olunacaq.
Müzakirələr zamanı hesabatı parlamentari Hannu Takkul (Finlandiya) təqdim edəcək.
Yanvarın 23-də isə hesabatın müəllifi, xanım Norika Nikolai (Rumıniya) tərəfindən sənədin Xarici əlaqələr komitəsində təqdimatı olacaq, müzakirələr aparılacaq.
Qeyd edək ki, hesabatın mətni ötən ilin dekabrında açıqlanıb.