Azərbaycan və Aİ arasında videokonfrans vasitəsilə danışıqlar aparılır

Kestutis Yankauskas“Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi bu gün videokonfrans vasitəsilə keçirilir”. Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

O bildirib ki, sazişin sektoral hissəsi üzrə danışıqlar aparılır. Səfir qeyd edib ki, danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək və Brüsseldən nümayəndə heyəti gələcək: “Müzakirələrin ən yaxın vaxtda baş tutacağına ümid edirik”.

K. Yankauskas vurğulayıb ki, tezliklə sazişin başa çatdırılması üçün intensiv işləməyə hazırdırlar: “Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin bu yaxınlarda Brüsseldə söylədiyi kimi, saziş üzrə danışıqlar bu il başa çata bilər”.

K. Yankauskasın sözlərinə görə, digər sahələr üzrə danışıqlar üçün tarix müəyyənləşməkdədir.