Informasiya sorğusunun cavablandırılmaması ilə bağlı verilmiş şikayət təmin edilməyib
Bu gün (23 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə vətəndaş Rzayeva Şərqiyyə tərəfindən informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia üzrə çıxarılmış qətnamədən verilən şikayətə baxılıb. Hakim istənilən məlumatların xidməti məqsədlər üçün nəzərdə tutulduğunu əsas gətirərək şikayəti təmin etməyib.