«Qarabağın giriş qapısı» abadlaşır
Bu gün Bərdə Qarabağın həm giriş, həm də çıxış qapısına çevrilib. Son illər ölkəmizdə aparılan abadlıq-quruculuq işləri Bərdədən də yan keçməyib. Bərdəyə iş adamlarını dəvət etmək, burada istehsal müəssisələri açılması üçün ilk növbədə yollardan başlamaq lazım idi. Yeni və müasir standartlara cavab verən yollar rayonun inkişafı üçün vacibdir. Artıq Yevlax-Bərdə, Bərdə-Tərtər, Bərdə-Ağcabədi yolu təmir edilib…