Avrasiya Əməkdaşlıq Fondu Açıq Müsabiqə elan edir
Avrasiya Əməkdaşlıq Fondu Bələdiyyə Xidmətlərində Şəffaflığın təmin edilməsi mövzusunda televiziya verilişinin istehsalı üzrə açıq müsabiqə (tender) elan edir. Müsabiqə (tender) Norveçin Statoil Şirkətinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Bələdiyyə Xidmətində Şəffaflıq” layihəsinin məqsədlərinə uyğun olaraq bələdiyyələr barədə silsilə verilişlərin hazırlanmasını nəzərdə tutur.