Haqqımızda

Regional İnsan Hüquqları və Media Mərkəzi Ictimai Birliyi  (RIHMM) 02 sentyabr 2008-ci ildə təsis edilib. 30 oktyabr 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb (Şəhadətnamə  № 1108-Q23-2606). Hüquqi ünvanı Bərdə rayonu olan təşkilatın fəaliyyəti Azərbaycanın Respublikasının ərazisini (Xüsusən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir və Yevlax) əhatə edir. Ictimai Birliyin fəaliyyətinin əsas məqsədi regionlarda insan hüquqlarını müdafiə etmək və medianin inkişafına dəstək verməkdən ibarətdir. Bu məqsədlə təşkilat insan hüquqlarının müdafiəsinə və medianın inkişafına yönələn müxtəlif tədbirlər həyata keçirir. Vətəndaşlara hüquqi yardım göstərilir, problemlərini araşdırılır və onların həllinə köməklik göstərilir, əhali arasında maarifləndirmə işi aparılır və söz və mətbuat azadlığının qorunmaq istiqamətdə müxtəlif işlər görülür.

Təşkilat Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğu, Avropa Komissiyası, Barışıq Resursları Təşkilatı, Amerika Birləşmiş Ştatları və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliklərinin maliyyə dəstəyi ilə layihələr həyata keçirib.  Regional İnsan Hüquqları və Media Mərkəzi Ictimai Birliyi  “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası, Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası, «Birləşmiş imkanlar» Məcburi Köçkünlərlə İş Şəbəkəsi, İnsan Alverinə qarşı Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsi, Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvüdür.

Regional İnsan Hüquqları və Media Mərkəzi  2017-ci ildə “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” seçilib.

Təşkilat indiyədək aşağıdakı layihələri icra edib.

1. Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna maliyyə dəstəyi ilə «Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili» layihəsi həyata keçirilib.  Layihə çərçivəsində   Gəncə, Mingəçevir, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrların mövcüd vəziyyəti araşdırılıb, nəticələr ictimai müzakirəyə çıxarılarıq, regionlarda  teatr sənətinin inkişafı üçün təkliflər hazırlanıb. Layihə başa çatdıqdan sonra region teatrlarında dövlət büdcəsi vəsaitlərinin səmərəli idarə edilməsi ilə bağlı təkliflər hazırlanaraq dövlət orqanlarına və parlamentə təqdim edilib. Layihə bitdikdən sonra Şəki və Mingəçevir teatrlarının binaları yenidən əsaslı təmir olunub, idarəetmə mexanizmlərində islahatlar aparılıb.

2. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibədən zərər çəkən ailələrdən olan şəxslər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi icra edilib. Layihə çərçivəsində 121 nəfər gənc ödənişsiz olaraq kompyuter bilikləriə yiyələnib. Layihə çərçivəsində kompyuter bilikləri alan 121 nəfərdən 27 nəfərin işlə təmin olunmasına köməklik göstrilib.

3. Təşkilat Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsini icra edib. Layihə çərçivəsində 60 nəfər gəncə dərzilik peşəsi öyrədilib.

4. Təşkilat Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi” layihəsini icra edir. Layihə çərçivəsində Ağdam və Goranboy rayonlarından olan 40 nəfər fəal gəncə vətəndaş jurnalistikası ilə bağlı təlim keçirilib. Bu layihədən birbaşa olaraq Ağdam və Goranboyda yaşayan 40 fəal gənc faydalanıb.

5. Regional İnsan Hüquqları və Media Mərkəzi Reportiyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ilə birgə «Yeni medianın inkişafı və regional əlaqələr» layihəsini icra edib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən bu layihə çərçivəsində RİHMM üzərinə düşən bütün işləri peşəkər səviyyədə yerinə yetirib.

6. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsini icra edib. Layihə çərçivəsində «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı çap edilib.

7. Regional İnsan Hüquqları və Media Mərkəzi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkünlərin təhsil aldığı Kəlbəcər rayon 18 saylı orta məktəbin sanitar qovşağının tikilməsi” layihəsini icra edib. Layihə çərçivəsində 137 nəfər şagirdin təhsil aldığı, 35 nəfər müəllim, 11 nəfər texniki işçınin çalışdığı orta məktəb üçün üç hissədən ibarət olan sanitar qovşaq tikilib.

8. Regional İnsan Hüquqları və Media Mərkəzi hazırda Conciliation Resources təşkilatının maliyyə dəstəyi ilə «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsini icra edib. Layihənin icrası zamanı orta məktəblərdə kompyuter bilikləri ala bilməyən və bu cür kurslarda iştirak etmək üçün maddi imkanı olmayan şəxslər kompyuter biliklərinə yiyələnib. Layihə çərçivəsində məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində yaşayan 20 nəfər gənc kompyuter biliklərinə yiyələnib.

9. Regional İnsan Hüquqları və Media Mərkəzi Demokratik Təsisatlar və İnsan Hüuquqlar İctimai Birliyinin icra etdiyi «Riskli əhali qrupları arasında zərərin azaldılması məqsədilə ictimai iştirakçılığın gücləndirilməsi» layihəsində regional tərəfdaş olub. Layihə çərçivəsində Bərdə rayonunda nəzərdə tutulan işləri təşkilat həyata keçirib. Layihə çərçivəsində Bərdə, Ağdam və Şəki şəhərlərində yaşayan risk qrupundan olan şəxslərin sağalmaz xəstəliklərə yoluxmaması üçün maarifləndirici işlər aparılıb. Onlara hüquqi məsləhət verilib, palliativ yardım göstərilib.

10. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsini icra edib. Layihə çərçiəsində cosial şəbəkələrdə aktiv olan, sosial media və vətəndaş jurnalistikasına marağı olan Bərdə, Ağdam, Tərtər və Naftalandan olan gənclər üçün vətəndaş jurnalistikası ilə bağlı seminar keçirilib.

11. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi» layihəsini icra edib. Layihə çərçiəsində Bərdə, Ağdam, Naftalan, Tərtər, Yevlax və Goranboy rayonlarında seminarlar təşkil edilib.

12. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsini icra edib. Layihə çərçiəsində bir buklet, iki televiziya verilişi hazırlanıb, Mingəçevir, Naftalan, Tərtər və Göygöl rayonlarında seminarlar təşkil edilib.

13. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsini icra edib. Layihə çərçiəsində dörd televiziya verilişi hazırlanıb, Tərtər və Ağcabədi rayonlarında məlumatlandırma sessiyaları təşkil edilib.

Təşkilatın ünvanı: Bərdə rayonu, “Qarabağ” qəsəbəsi

Telefon: +994 55 3635710

E-mail: regional.human.rights@gmail.com

Web: http://regionalhumanrights.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir