Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olundu

Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur. 1993-cü ildə BMT Baş Assambleyası 3 mayı Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib ki, bu da YUNESKO-nun baş konfransının işinin nəticəsi olub. YUNESKO 1991-ci ildə qəbul etdiyi “Dünyada mətbuat azadlığının təminatına yardım haqqında” qətnaməsində etiraf edib ki, azad, plüralist, müstəqil mətbuat istənilən demokratik…

Ətraflı

Mehman Əliyev həbsdən azad edilib

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb. Məhkəmənin bu gün keçirilən iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib. Vəkil Fuad Ağayev APA-ya bildirib ki, Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib. M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında…

Ətraflı

Azərbaycanda yeni TV və radio yaranıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Ətraflı

Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın məhkəməsi yekunlaşıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jurnalistə hökm oxunub. Məhkəmənin hökmü ilə Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib.

Ətraflı

Rasim Əliyevin ölümü ilə bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş və avqustun 9-da orada vəfat edib. Birgə məlumatda daha sonra bildirilir:…

Ətraflı

Bakıda “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mediasının rolu və vəzifələri” mövzusunda tədbir keçirilib

Millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan qardaş Türkiyənin GAP Qəzetçilər Birliyinin başçısı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayxan, GAP Qəzetçilər…

Ətraflı

“Azadlıq” radiosunun Bakı ofisi möhürləndi

Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar. Axtarış məhkəmə qərarının əsasında  aparılır. Ofisin daxili telefonları və İnterneti söndürülüb. İşçilərə öz kompüterlərinə yaxınlaşmağa icazə verilmяйиб. Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri də iştirak edirlər. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda radionun iki əməkdaşının da iştirakına icazə verilib. Аxtarış zamanı prokurorluq işçiləri radiostansiyanın…

Ətraflı

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbs edilib

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova Bakı Prokurorluğuna çağırılıb və oradan Səbail rayon məhkəməsinə aparılıb.  Səbail rayon məhkəməsi Xədicə İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı 125-ci maddə (intihar həddinə çatdırma) ilə ittiham irəli sürülüb. X.İsmayılova jurnalist Tural Mustafayevin intihar cəhdi ilə əlaqədar həbs edilib.  Vəkil Elton Quliyev isə bildirib ki, jurnalist Xədicə İsmayılovaya…

Ətraflı

Daha bir internet TV fəaliyyətini dayandırdı

Ölkədə azad media üzərinə olan basqılar davam etməkdədir. Son aylarda fəaliyyətini dayandıran mətbuat qurumları sırasında Azərbaycanın ilk internet televiziyası olan “Kanal 13” də var. Kanaldan verilən məlumata görə bu ilin avqust ayının ortalarında kanalın sədri Anar Orucov ölkədən çıxdıqdan sonra praktiki olaraq “Kanal 13” fəaliyyət göstərmir.

Ətraflı

Dilçilik İnstitutu və MTRŞ telekanallarda ciddi nöqsanlar aşkarlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu özəl telekanalların monitorinqini başa çatdırıb. Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında deyib ki, Milli Televiziya və Radio Şurası ilə birgə aparılan monitorinq zamanı bütün özəl kanallarda xəbər, ictimai-siyasi, şou proqramlarının dili araşdırılıb. Onun sözlərinə görə, monitorinq zamanı müəyyən olub ki, teleradio verilişlərinin dilində müəyyən problemlər var:…

Ətraflı