Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.
MTRŞ tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı, “CBC Sport” MMC-yə isə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib, dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi