Avropa Yayımları Birliyi mayın 2-də Azərbaycanda media azadlığına dair seminar təşkil edəcək

 Avropa Yayımlar Birliyi (EBU) Azərbaycanda media azadlığı haqqında debatları genişləndirir. APA-nın EBU-nun saytına istinadən yaydığı məlumata görə, media azadlığı ilə bağlı seminar mayın 2-də keçiriləcək. Xəbərdə bildirilir ki, «Eurovision-2012» mahnı müsabiqəsini Azərbaycanda keçirmək hüququ Azərbaycanın İctimai Televiziyası Eldar Qasımov və Nigar Camalın 2011-ci ilin may ayındakı qələbəsindən sonra verilib. Bu hadisə müsabiqəni qəbul edən ölkəni…

Ətraflı

RİHMM Xədicə Ismayılovaya qarşı şantaj kampaniyasını pisləyir

Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı şantajla hədə etməni qətiyyətlə pisləyir. Bunu jurnalisti susdurmaq ücün atılan ən çirkin addım kimi qiymətləndirir. Xədicə İsmayılovanın məqalələri, araşdırmaları ölkədə olan çoxsaylı problemlərin, korrupsiya və rüşvətxorluq, cinayət hallarının aşkara çıxarılmasına xidmət edib.

Ətraflı

Tanınmış jurnalistin qətlindən 7 il ötdü

Bu gün mərhum jurnalist Elmar Hüseynovun qətlə yetrildiyi günüdür. Bu qətlin törədilməsinin 7 ili tamam olsa da, onun üstünün nə zaman açılacağı bilinmir. Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib….

Ətraflı

QHT Şurasının fəaliyyəti təqdir olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının əsasnaməsinə görə hazırkı tərkibin fəaliyyəti bu il sona çatır. Artıq Şuranın yeni tərkibinin müəyyənləşdirilməsi üçün sənədlərin qəbuluna başlanılıb. 8 istiqamət üzrə fəaliyyət göstərən QHT-lər bu seçkidə iştirak edə bilərlər. Sənəd qəbulu prosesi sona çatdıqdan sonra seçkilərin vaxtı müəyyənləşəcək. Hər qrupda 3 nəfər olmaqla seçilən 24…

Ətraflı

Yazıçı Rafiq Tağının qətli ilə bağlı preventiv təhqiqat qrupunun ilkin hesabatı

Tanınmış yazıçı-publisist, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Rafiq Tağı (Tağıyev) noyabrın 19-da işdən qayıdarkən yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən hücuma məruz qalaraq soyuq silahla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər almışdır. Törədilmiş cinayət hadisəsi ilə bağlı Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)…

Ətraflı

Bərdə rayonu qalib oldu

 Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafından çox danışılır. Hökumət rayonlardakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına nail olmaq məqsədilə bir sıra proqramlar qəbul edib. Bu proqramlar həm də sahibkarlığa şərait yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin daha da yüksəldilməsi, əhalinin ərzaq…

Ətraflı

2011-ci ildə dünyada 100-dən çox jurnalist öldürülüb

2011-ci ildə dünyada 106 jurnalist öldürülüb.  APA-nın məlumatına görə, bu barədə mənzil-qərargahı Cenevrədə yerləşən Mətbuat Azadlığını Müdafiə Təşkilatının (Press Emblem Campaign) hesabatında bildirilir.  Bu il ən çox jurnalist Meksikada qətlə yetirilib – 12 nəfər. Pakistanda isə 11 jurnalist öldürülüb. Hesabata görə, MDB məkanında bu il Rusiyada 3, Ukrayna və Azərbaycanda isə 1 jurnalist qətlə yetirilib.

Ətraflı