Bəxtiyar Hacıyev türmədən xəbər göndərib: Hakimiyyət çalışır ki, o, əfv diləsin
Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev son zamanlar ətrafında və ailəsində baş verən proseslərlə bağlı ictimaiyyətə müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Son vaxtlar Azərbaycan hakimiyyəti müxtəlif kanallarla həm cəmiyyətdə, həm də mənim ətrafımda həbsdə saxlanmağımla bağlı qorxunc tablo yaratmağa, cəmiyyəti həbsxanaya düşməkdən qorxutmağa, məni isə çevrəmin təsiri ilə əfv diləməyə çalışır….