Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili
RIHMM-Yekun Tesviri hesabat-odenishsiz derzilik kurslari
RIHMM-Yekun Tesviri hesabat-odenishsiz derzilik kurslari
“Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb. Kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilib. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb…
İnternetdə millət vəkili Gülər Əhmədova ilə hazırda Fransada yaşayan Elşad Abdullayevin arasında gedən söhbətin gizli görüntüsü olduğu ehtimal edilən video yayılıb. Elşad Abdullayevin adından “Azadlıq” qəzetinə göndərilən və artıq Youtube`a yerləşdirilən videoda tərəflər deputat seçilmək üçün rüşvətin məbləğini müzakirə edirlər.
«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk 4 qrupda dərslər yekunlaşıb.
Regional İnsan Hüquqları və Media Mərkəzi Goranboy rayonunda gənclər üçün təlim keçib. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi çərçivəsində keçirilən təlim iki gün davam edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərdə Goranboy rayonundan olan 20 nəfər gənc iştirak edib. Gənclər tərəfindən maraqla…
Regional İnsan Hüquqları və Media Mərkəzi Ağdam rayonunda gənclər üçün təlim keçib. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi çərçivəsində keçirilən təlim iki gün davam edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərdə Ağdam rayonundan olan 20 nəfər gənc iştirak edib.
“Yeni Medianın inkişafı və regionlarda yayılması” layihəsinin əsas məqsədi multimedia fəallarına və vətəndaşlara dəstək verməkdir. Bu barədə cümə axşamı Media Mərkəzdə keçirilən mətbuat konfransında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihənin ötən altı ayının yekunlarını açıqlayarkən bildirib.
Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi dörd ay müddətində icra ediləcək. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində 40 nəfər gəncə sosial media sahəsində biliklər veriləcək.
Bu gün (17 İyul) mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. 2005-ci il mart ayının 2-də qətlə yetirilməsəydisə Elmar Hüseynovun 45 yaşı tamam olacaqdı. Doğum günü münasibətilə media nümayəndələrini, QHT və siyasi partiya rəhbərləri və və E.Hüseynovun dostları 2-ci Fəxri Xiyabanda məzarı üstündə mərhum jurnalistin əziz xatirəsini yad etməklə qeyd etdilər.
Iyulun 2-də Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirdi.