Demokratik Düşüncə Klubu yaradılıb

loqo1Regional İnsan Hüquqları və Media Mərkəzi fəal gənclərin toplandığı Demokratik Düşüncə Klubu yaradıb. Facebook sosial şəbəkəsində yaradılan qrupda respublikamızda demokratikləşmə ilə bağlı aparılan işlərlə bağlı mütəmadi olaraq məlumatlar yerləşdirilir. Həmçinin, gənclərin öz fikir və düşüncələrini paylaşmaq üçün şərait yaradılır. Qrupa daha çox regionda yaşayan gənclərin cəlb edilməsi nəzərdə tutulur. Təşkilat bu yolla regionlarda sosial medianın  imkanlarından və fəal gənclərin potensialından istifadə etməklə demokratik prosseslərdə vətəndaş iştirakını gücləndirmək niyyətindədir. Qrupa aşağıdakı linkdə baxmaq olar.

https://www.facebook.com/groups/307187339418832/