Azad jurnalistika Azərbaycan mətbuatına azadlıq tələb edir

Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümümdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd ediblər. Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur. Jurnalistlərin mitinqi mollanın duası ilə başlayıb. Sonra toplaşanlar “3 May Beynəlxalq Mətbuat…

Ətraflı

Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycanda azad medianın dairəsinin genişləndirilməsinə ehtiyac var”

 “Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə söz və məlumat azadlığının təmin edilməsi, mətbuatın iqtisadi vəziyyətinin və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi baxımından ciddi addımlar atılıb”. APA-nın xəbərinə görə, bunu bu gün Avropa Yayımları Birliyinin Cenevrədəki ofisində Azərbaycanda söz və mətbuat azadlığının durumuna dair keçirilən seminarda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ətraflı