Əli Həsənov qəzet redaktorları ilə yayım və reklam problemlərini müzakirə edib

Azərbaycan Mətbuat Şurasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkədə fəaliyyət göstərən KİV-lərin baş redaktorları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri və mətbuat yayım şirkətlərinin rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə mətbuatda reklam və qəzet yayımındakı problemlər müzakirə olunub. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bir müddət əvvəl 4 baş…

Ətraflı

Diffamasiya haqqında qanuna həsr olunmuş mətbuat konfransı keçirilib

 Diffamasiya haqqında qanunla bağlı bu gün mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Media Hüquqları İnistutunun rəhbəri Rəşid Hacılı bildirib ki, Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsi daha mükəmməldir: “Bizim təşkilat, Mətbuat Şurası və digər bir təşkilat Diffamasiya haqqında qanun layihəsi hazırlayıb. Lakin onlardan ən mükəmməli Mətbuat Şurası tərəfindən hazırlanan qanun layihəsidir. Həmin…

Ətraflı

Müharibədən zərər çəkən ailələrdən olan şəxslər üçün dərzilik kursları davam etdirilir

«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir.  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk qrupda dərslər yekunlaşıb.

Ətraflı

Bəxtiyar Hacıyev azadlığa buraxılıb

Dünən Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb. Pprosesdə B. Hacıyevin apellyasiya şikayəti təmin olunub. Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib. Prosesdə B. Hacıyevin özü iştirak etməyib. Amma elə dünən Bəxtiyar Hacıyev 14 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.  

Ətraflı