Regional İnsan Hüquqları və Media Mərkəzinin də tərəfdaş olduğu layihə ilə bağlı hesabat verilib

“Yeni Medianın inkişafı və regionlarda yayılması” layihəsinin əsas məqsədi multimedia fəallarına və vətəndaşlara dəstək verməkdir.    Bu barədə cümə axşamı Media Mərkəzdə keçirilən mətbuat konfransında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihənin ötən altı ayının yekunlarını açıqlayarkən bildirib.

Ətraflı

Region gəncləri təlimlərə cəlb ediləcək

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi dörd ay müddətində icra ediləcək. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində 40 nəfər gəncə sosial media sahəsində biliklər veriləcək.

Ətraflı

Elmar Hüseynovun 45 yaşi məzari başinda qeyd edildi

Bu gün (17 İyul) mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru  Elmar Hüseynovun doğum günüdür. 2005-ci il mart ayının 2-də qətlə yetirilməsəydisə  Elmar Hüseynovun 45 yaşı tamam olacaqdı. Doğum günü münasibətilə media nümayəndələrini, QHT və siyasi partiya rəhbərləri və  və E.Hüseynovun dostları 2-ci Fəxri Xiyabanda məzarı üstündə mərhum jurnalistin əziz xatirəsini yad etməklə qeyd etdilər.

Ətraflı

Hökumətlə vətəndaş cəmiyyəti institutları arasında dialoq

Iyulun 2-də Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirdi.

Ətraflı