Leyla Yunus həbs edilib

30 iyulda hüquq müdafiəçisi Leyla Yunus evinin qraşısından iki mülki geyimli şəxslərin təzyiqi ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə gətirilib. Səhər saatlarından başlayıb, iş günü bitənə qədər davam edən dindirmədən sonra o, Nəsimi rayon Məhkəməsinə gətirilib. Məhkəmənin qərarı ilə L.Yunusa qarşı 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi…

Ətraflı

Azərbaycanda dövlət qeydiyyatından keçən KİV-in sayı açıqlanıb

Ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışında deyib. Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. 

Ətraflı

Hüquq müdafiəçisi 6 il azadlıqdan məhrum edilib

Gəncə şəhər Nizami rayon Məhkəməsində “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsi davam etdirilib. Prosesdə Həsən Hüseynli son sözlə çıxış edib və məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Daha sonra Həsən Hüseynoiyə hökm oxunub. Hökmə əsasən, H. Hüseynliyə  5 il 11 ay 28 gün həbs cəzası verilib və məhkəmə zalında həbs edilib. 

Ətraflı