Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi» layihəsi 3 ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə Bərdə, Ağdam, Goranboy, Naftalan, Yevlax və Tərtər rayonlarını əhatə…

Ətraflı

Azərbaycanda yeni TV və radio yaranıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Ətraflı

Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın məhkəməsi yekunlaşıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jurnalistə hökm oxunub. Məhkəmənin hökmü ilə Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib.

Ətraflı