393 nəfərə pulsuz hüquq xidməti göstərilib
Regional İnsan Hüquqları və Media Mərkəzinin icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi yekunlaşıb. Bu barədə məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov bildirib ki, layihə çərçivəsində Tərtər, Ağcabədi, Ağdam, Naftalan və Goranboy rayonunda hüquqi konsultasiya xidmətinə ehtiyacı olan vətəndaşlarla görüş təşkil olunub: “Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları…