Paytaxtda saxlanılan gənclər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, hərəkatın İdarə Heyətinin üzvü Məcid Məcidli və “Nida” Vətəndaş Hərəkatının üzvü Kənan Qasımov 15 sutka azadlıqdan məhrum edilib. Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsi hər üç şəxsin inzibati qaydada 15 sutka müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Daxili İşlər Nazirliyi isə gəncləri polisə tabe olmadığı üçün saxlanıldığını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Məcid Məcidli, Kənan Qasımov və Ülvi Həsənov ictimai qaydanı pozduqlarına və polisin qanuni tələbinə qəsdən tabe olmadıqlarına, habelə müqavimət göstərdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi