“Azadlıq” radiosunun Bakı ofisi möhürləndi

azadliq radiosuBaş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar. Axtarış məhkəmə qərarının əsasında  aparılır. Ofisin daxili telefonları və İnterneti söndürülüb. İşçilərə öz kompüterlərinə yaxınlaşmağa icazə verilmяйиб. Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri də iştirak edirlər. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda radionun iki əməkdaşının da iştirakına icazə verilib. Аxtarış zamanı prokurorluq işçiləri radiostansiyanın sənədlərini və avadanlığını – server kompüterini, noutbukları, fotoaparatları, videokameraları və yaddaş kartlarını müsadirə ediб.Bundan başqa, seyf açılıb və sənədlər, möhür, blanklar müsadirə edilib. Даща сонра radionun ofisi möhürlənib və polisin mühafizəsi altına verilib.Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, prokurorluğun bu əməlləri tamamilə qanunsuzdur. Müstəntiqlər bunun səbəbini izah etməyiblər və ofisin nə zaman açılacağını bildirməyiblər. Aparılmış axtarışa gəlincə, axtarış bir neçə QHT-yə qarşı məşhur cinayət işi ilə əlaqədar həyata keçirilib. Mühasibat sənədləri, əmək müqavilələri, elektron informasiya daşıyıcıları, fleş-kartlar, CD disklər, möhürlər və ştamplar götürülüb.
Vəkil Yalçın İmanov bildirir ki, jurnalistlərin tez-tələsik kollektiv şəkildə istintaqa cəlb edilməsinin niyyətini anlamaq çətindir. Dindirilməyə çağırılan bu sayda jurnalistlə müqavilələrin imzalanması, etibarnəmələrin hazırlanması iş günü olmadığı üçün zaman tələb edir: “Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İqbal Hüseynov bununla bağlı mənə də zəng etdi. İzah etdim ki, jurnalistlərin vəkilin iştirakı olmadan dindirilməsi bizə qeyri-hüquqi niyyətlərdən xəbər verir. Ona görə də hər kəsin vəkillə təmin olunması üçün bir qədər zaman verilməsini istədik. Hələlik jurnalistlərin dindirilməsinin gələn həftənin əvvəlinə saxlanmasına ilkin olaraq razılaşıblar” – deyə vəkil bildirib.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu radionun Bakı bürosunun ofisində aparılan axtarışa münasibət bildirib. Praqadan “Media forum” saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Baş Prokurorluq onları radionun Bakı ofisində axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı: “Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar. Biz bu hadisəni məhz “Azadlıq” radiosuna qarşı təxribat hesab edirik və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndiririk. Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir. Amma hamı bilməlidir ki, “Azadlıq” radiosu belə təzyiqləri çox görüb. Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”.
Baş Prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarışa münasibətini açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri  Eldar Sultanov Turan-a  bildirib ki, axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Lakin o, bunun hansı cinayət işi olduğunu açıqlamayıb.
ABŞ Dövlət Departamenti “Azadlıq” radiosunun Bakı bürosunun ofisinin Azərbaycan Baş Prokurorluğu tərəfindən möhürlənməsindən çox narahatdır. Bu barədə dekabrın 27-də Vaşinqtonda açıqlanan bəyanatda deyilir. Məlumatı  AFP agentliyi yayıb.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Azərbaycan paytaxtında bir neçə jurnalistin saxlanması və dindirilməsi barədə məlumatlar var. “Dindirmə və axtarışın aparılması üçün əsaslar bəlli deyil”, – o bildirib və Azərbaycan hökumətini mətbuat azadlığının müdafiəsi ilə bağlı öhdəliklərə əməl etməyə çağırıb.
“Azadlıq” radiosunun saytında bildirilir ki, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç radionun ofisinə polis reydini “qəbuledilməz” adlandırıb. O qeyd edib ki, Azərbaycanda söz azadlığına hücumlar davam edir.

VİDEO

https://www.youtube.com/watch?v=ihwgpkha3ko